Dünyada cəmi 4-ü qaldı
Dünyada cəmi beş ədəd qalan şimal ağ kərgədanlarından biri Çexiyada zooparkda ölüb.
Vətəninfo.az-ın məlumatına görə, Axar.az İndependent-ə istinadən xəbər verir ki, Nabire adlı 32 yaşlı dişi kərgədan keçən bazar ertəsi kista partlaması nəticəsində həlak olub. Bu heyvanın ölümü ilə eyni nəsildən olan cəmi dörd kərgədan qalıb. Bu heyvanların üçü Keniyada, biri ABŞ-dakı zooparkda yaşayır.
Çexiyadakı zooparkın mühafizəçisi Dvur Kralov ağ kərgədanın ölümünü "dəhşətli itki” adlandırıb.