alıb.
.jpg)
Digər yazılar və adlar da Osmanlıya qarşı mübarizə aparmış xristian liderlərin adı, Osmanlının məğlub olduğu döyüş tarixləri ilə bağlıdır.
Terror aktını törədən Tarrantın bu hadisəni 2011-ci ildə Norveçdə 77 nəfəri öldürən Anders Breivikdən ilhamlanaraq törətdiyi bildirilir.

Adları yazılan şəxslərlə bağlı qısa informasiyaları təqdim edirik:
1. Anton Lundin Petterson- 2015-ci ildə "Star Wars” filmindəki döyüşçülər kimi geyinərək məktəbə qılıncla gedib. O, mühacir uşaqların üstünlük təşkil etdiyi sinifə hücum edərək 2 şagirdi öldürüb.

2. 29 yaşlı Aleksandr Bissonet- 2017-ci ildə Kanadada bir məscidə hücum edərək 6 nəfərin ölümünə səbəb olub.

3. Alban xalqının milli qəhrəmanı hesab edilən, xristian olduqdan sonra İsgəndər bəy. 1468-ci ildə öldürülüb.

4. 732 –ci ildə "Taurus” müharibəsində İslam ordusunu məhv etdiyini deyən Martel

5. Miloş Obiliç- Kosova müharibəsində Sultan Muradı öldürən şəxs

Onu da qeyd edək ki, silahlardan birinin üzərində gürcü çarı David Aqmaşenebeli ilə kraliça Tamaranın həyat yoldaşı David Soslanın (XI-XII əsrlər) adları qeyd olunub.

"Sputnik Gürcüstan” xəbər verir ki, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti terrorçuların Gürcüstanla mümkün əlaqələrinin aydınlaşdırılması üçün Yeni Zelandiyanın səlahiyyətli orqanları ilə əməkdaşlıq edir.