Dünyanın ən balaca adamı vəfat etdi

Dünyanın ən balaca adamı vəfat etdi

Dünyanın ən balaca adamı sayılan 54,6 santimetr boylu Çandra Bahadur Danqi 76 yaşında vəfat edib.

Vətəninfo.az "Report"a istinadən xəbər verir ki, bu barədə Hindistanın "The Kathmandu Post" qəzeti yazıb.

Nəşrin məlumatına görə, nepallı Sakit okeanda yerləşən Samoa arxipelaqındakı adalardan birində dünyasını dəyişib. Danqiyə ötən həftə sətəlcəm diaqnozu qoyulmuşdu.

Nepallı 2012-ci ilin fevralında dünyanın ən balaca adamı kimi qəbul edilib və onun bu nailiyyəti "Ginnesin rekordlar kitabı"na düşüb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az