“Dünyanın heç bir ölkəsində ölüm halları mediada bizdəki qədər işiqlandırılmır"

“Dünyanın heç bir ölkəsində ölüm halları mediada bizdəki qədər işiqlandırılmır"

Psixoloq Taryel Faziloğlunun “Vətəninfo”ya müsahibəsi:

- Bir psixoloq olaraq, bu gün cəmiyyətdə çoxalmaqda olan intiharların səbəbini nə ilə əlaqələndirirsiniz? 

- İntiharların çoxalmasının bir sıra səbəbləri ola bilər. Bu səbəbləri insanların iqtisadi həyat tərzi, sosial problemləri, düşüncə tərzləri ilə əlaqləndirmək olar. İnsanların öz minimal tələbatlarını ödəyə bilməməsi həyatlarında iqtisadi çətinliklərin yaranmasına gətirib çıxarır və onların psixologiyasına təsir göstərir, bu isə nəticədə bu cür ölüm faktlarının hər gün artmasına gətirib çıxarır. Sosial amillər sırasına isə insanların arasındakı  ünsiyyət  zamanı yaranan dəyişikliklər, ailədaxili münasibətlərdə yaranan problemlərin forma və məzmunun dəyişməsi  daxildir.  Azərbaycanda bu gün qeyri-ənənəvi dinlər yaranır və onların bəzilərində intihar ibadət kimi qəbul edilir. Bu cür hallar isə psixoloji səbəblərə daxildir.

- Bu proses necə baş verir?

- İntihar etmə zamanı beyin özünə nəzarəti itirir. Bu zaman şüuraltı təxəyyül önə çıxır. Bu proses adətən bir neçə saniyədən 3-4 dəqiqəyə qədər davam edə bilər. Şüur özünə nəzarəti bərpa etdikdən sonra isə insan öz fikrindən daşınmış olur və əvvəlki halına  geri dönür.

- Özünü intihar halların daha çox qızlar arasında baş verməsi nə ilə bağlayırsınız?

- Təfəkkür və düşüncə baxımından biz öz mental dəyərlərimizə bağlıyıq. Reallıqda isə bu gün bizə təbliğ edilən və çatdırılmağa çalışan dəyərlər isə  tamam fərqlidir. Düşüncə baxımından daha çox azad olmağa çalışan xanımlar hər hansı bir kişinin onunla dırnaqarası “əylənmək” fikrinə qarşı aqressivdir. Buna səbəb isə düşüncə baxımından daxilən hələ də mental dəyələrə bağlı olmağımızdadır. Bunun nəticəsində də qızların psixologiyasında depressiya və gərginlik kimi hallar baş qaldırır və beyin özünə nəzarəti itirir. Xanımlar arasında intiharların daha çox olmasının digər səbəbi isə qadınlarda sinir sisteminin kişilərə nisbətən zəif olması ilə əlaqədardır.

- Mediada hər gün intiharla bağlı informasiyaların verilməsi insanların psixologiyasına nə dərəcədə təsir göstərməkdədir?

- Dünyanın heç bir ölkəsində ölüm halları mediada bizdəki  qədər  işıqlandırılmır.Hər gün xəbərlərin əksəriyyətinin kimin necə ölməsi və intihar etməsi ilə bağlı olması insanların gözündə ölümü adiləşdirir. Nəticədə insanlarda psixoz vəziyyət artır və intihara daha çox meyillik yaranır. Bu bir metoddur. Həmçinin, dünyada məşhur psixoloqların gəldiyi qənaətdir. Bu cür metodlar adətən müxtəlif formalarda istifadə olunur. Bu da cəmiyyəti psixoz vəziyyətə gətirərək kütlənin idarə olunması üsullarından biridir. Güclü şəkildə işlənib hazırlanan metodlardan biri hesab olunur.

Günel Türksoy



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az