Düşmən cəbhədə azyaşlı uşaqlara ATƏŞ AÇDI - FOTOLAR
Ermənistan Silahlı Qüvvələri cəbhədə atəşkəs rejimini kobudcasına pozaraq dinc əhaliyə atəş açıb.
Miq.Az xıbır verir ki, işğalçı ordunun bölmələri bu gün, təxminən saat 17:30 radələrində Ağdam rayonunun Çıraqlı kəndini atəşə tutub. Düşmən bu dəfə də dinc əhalini hədəfə alıb. Atəşə məruz qalanlar isə azyaşlı kənd sakinləri olub.
Ordu.az-ın əldə etdiyi məlumata görə, atəşə məruz qalanların ən böyüyü 13 yaşlı, ən kiçiyi isə 4 yaşlı qız uşaqları olub. Onlar öz qapılarının ağzında düşmənin atıcı silahlarının atəşinə məruz qalıb.
Hazırda ərazidə nisbi sakitlik olsa da atəşə tutulan uşaqlar arasında qorxudan səhətləri pisləşənlər var.
13 yaşlı Məmmədova V. Yasin qızının valideynləri Ağdam rayon təcili tibbi yardım stansiyasına müraciət edib.
Bundan sonra kəndə gələn həkim briqadası uşağa ilkin tibbi yardım göstərərək, onu xəstəxanaya aparıblar.
Xəstəxanada tam müayinə edilən azyaşlı kənd sakini evə buraxılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu deyilir.
Miq.Az