Düşmən Qarabağda təxribatlara hazırlaşır: Bir neçə istiqamətdə təlimlər?
Ermənistan Silahlı Qüvvələrinin bölmələri işğal altında olan Azərbaycan torpaqlarında növbəti hərbi təlimlərə başlayıb.
Ordu.az-ın Qarabağ bürosu xəbər verir ki Ermənistan Silahlı Qüvvələri işğal altında olan Ağdam rayonunun Uzundərə adlanan ərazi ilə yanaşı, rayonun Şahbulaq, Tərnöyüt və Kəngərli kəndləri ərazisində də hərbi təlimlər keçirir.
Təlimlərə atıcı silahlarla yanaşı artilleriya vasitələri və bir sıra hərbi texnika da cəlb edilib.
Təxminən dünən axşam saatlarından eşidilən partlayış səsləri hələ də davam edir. Atılan mərmilər əsasən dağ massivlərinə və dağətəyi kəndlərə düşür.
Miq.Az