Düşmənin zenit-raket kompleksi HAVAYA UÇURULDU- Bütün ekipaj məhv edildi + VİDEO

Düşmənin zenit-raket kompleksi HAVAYA UÇURULDU-  Bütün ekipaj məhv edildi + VİDEO

Ermənistanın zenit-raket kompleksi məhv edilib, düşmənin texnıkası ekipajla birgə məhv olundu

Nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb

Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirir.

Müdafiə Nazirliyindən Miq.Az-a verilən məlumata görə, mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus "OSA” zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq hava məkanını nəzarətə götürməyə cəhd göstərilib.
 
Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın "OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.

Qeyd edək ki, ekipajı 5 nəfərdən ibarət olan "OSA” zenit-raket kompleksi hava hədəflərini 45 kilometr radiusda aşkar edərək izləməyə götürməyə və 9 kilometr uzaqlıqda məhv etməyə qadirdir. 
 
Ermənistan Müdafiə Nazirliyi də işğal edilmiş Dağlıq Qarabağ ərazisində Azərbaycan ordusu tərəfindən hərbi obyektin məhv edilməsi faktını təsdiqləyib.
 
 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az