Dövlət qulluğuna qəbul daha asan olacaq

Dövlət qulluğuna qəbul daha asan olacaq
Məleykə Abbaszadə: "Dövlət qulluğuna qəbulu sadələşdirmək üçün işlər aparılacaq"

Dövlət qulluğuna qəbul proseduru yenə də sadələşdirilməli, onun çevikliyi təmin olunmalıdır.

Miq.az-ın xəbərinə görə, bunu, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, əvvəllər insanlar daha çox yüksək məvacibi olan sektora üz tuturdular. Dövlət qulluğunda məvacib yüksək omadığından həmin sahələrə maraq göstərmirdirlər. Lakin son bir neçə ildə bu sahədə şəffaflığın, eləcə də bu işin nüfuzunun artması dövlət qulluğuna gəlmək istəyənlərin sayının artmasına zəmin yaradıb. 

Məleykə Abbaszadə qeyd edib ki, dövlət qulluğuna qəbul prosesində prosedurlar sadələşməli və çeviklik təmin edilməlidir: "Bu istiqamətdə ölkədə mühüm işlər həyata keçiriləcək. Hazırda qəbul zamanı şəffaflığı təmin etmək üçün müvafiq mühit yaratmışıq. Proses davam etməlidir. Bütün mərhələlərdə vətəndaş məmur əlaqələri minimuma endirilib. Dövlət qulluğuna qəbul sistemində bütün vətəndaşların vəziyyəti nəzərə alınmalıdır".

M.Abbaszadə əlavə edib ki, sovet dövründə təhsilin məzmunu müasir tələblərə cavab vermirdi: "Ona görə də gənclər əmək bazarına daxil olandan sonra müxtəlif dil və kompüter kurslarına müraciət edirdilər. Bu istiqamətdə son illərdə çox ciddi islahatlar aparılıb. Yeni ali məktəblər yaradılıb. Bu universitetlər təhsilin məzmunun müasir standratlara cavab verməsinə ümid verir. Təcrübəsi olan insanlar yeni ixtisasları mənimsəmək üçün ixtisasartırmaya müraciət edirlər. Burada təlim proqramlarının və prosesin müasir tələlərə cavab verməsi və standartalara uyğunluğu vacib məsələdir”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az