Oqtay Hacımusalı: “Azərbaycan ədəbiyyatında xüsusi xidmətləri olan insanları bu gün sıradan çıxarmaq yaxşı əlamət deyil”
“Qacar, Nadir şah bu xalqdan ötrü hər şeyə gedib, Səməd Vurğun kimi dılğırın biri onları xalq düşməni edib!”. ADP sədri Sərdar Cəlaloğlu mətbuata verdiyi müsahibədə belə deyib. Səməd Vurğunun XX əsr Azərbaycan ədəbiyyatının xüsusi dəsti-xətti ilə seçilən şairlərdən biri olduğunu deyən yazıçı-publisist Oktay Hacımusalının sözlərinə görə şair əsərlərində Azərbaycan tarixini özünəməxsus şəkildə dəyərləndirib: “Onun “26-lar” poemasında Məhəmməd Əmin Rəsulzadəyə də yer verməsi Rəsulzadənin adının bu günədək yaşadılmasında xüsusi xidmətdir. Əgər Səməd Vurğun poemada M.Ə.Rəsulzadənin adını çəkməsəydi, bəlkə də Sovet dönəmində biz Rəsulzadəni tanımazdıq, onun haqqında tamam səhv fikirlərə sahib olardıq. Təbii ki, Səməd Vurğun öz əsərlərini yaşadığı dövrün tələblərinə uyğun olaraq qələmə alıb. Ona görə Xalq şairinə o zamanın tələbləri baxımından qiymət vermək lazımdır. Ümumiyyətlə ədəbiyyatdan ədəbiyyatçılar danışsa daha yaxşı olar. Görünür ki, siyasətdə söz qurtarıb və siyasətçilər artıq ədəbiyyatçı olmaq qərarına gəliblər. Bu cür açıqlamalar tamamilə başa düşülən deyil. Azərbaycan ədəbiyyatında xüsusi xidmətləri olan insanları bu gün sıradan çıxarmaq heç də yaxşı əlamət deyil. Biz həmin insanları itirsək əlimizdə nə qalacaq? Bu barədə ciddi şəkildə düşünmək lazımdır”. (“OLAYLAR” İA)
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat