“Ədirnənin Azərbaycanın şəhərlərindən biri ilə qardaşlaşmasını istəyirik”

“Ədirnənin Azərbaycanın şəhərlərindən biri ilə qardaşlaşmasını istəyirik”

"Ədirnə Osmanlı İmperiyasının ikinci paytaxtıdır. İstanbulu  fəth edən Fateh Sultan Məhmət bu şəhərdə anadan olub. Şəhərimizin 8 min illik tarixi var. Memar Sənanın şah əsəri sayılan Səlimiyyə məscidi burdadır, Avropanın ən böyük sinaqoqunu bu yaxınlarda təmir edib ibadətə açmışıq, şəhərimizdə 2 kilsə daimi fəaliyyət göstərir. Həftənin axırlarında Bolqarıstan və Yunanıstandan xristianlar, Türkiyənin müxtəlif yerlərindən və xarici ölkələrdən isə yəhudilər şəhərimizə ibadətə gəlirlər”.

 Vətəninfo.az xəbər verir ki, bunu APA-ya Türkiyənin Ədirnə vilayətinin bələdiyyə sədri Rəcəb Gürkan deyib. Şəhərin infrastrukturunu gücləndirmək üçün Avropanın böyük şəhərlərinin təcrübəsiylə tanış olduğunu xatırladan bələdiyyə başqanı Gürkan bu çərçivədə Bakının infrastrukturunu da yaxından izlədiyini deyib: "Millət vəkili olanda da Bakıya bir neçə dəfə səfər etmişəm. İstər infrastruktur, istərsə də müasir şəhərsalmanın tələbləri baxımından hazırda Bakı dünyanın ən sürətlə inkişaf edən şəhəridir. Alov qüllələri önəmli abidələrdir. Azərbaycanın şəhərlərindən biri ilə qardaşlaşmağı çox arzu edərdik. Hər il tarixi Kırkpınar yağlı güləş turniri keçiririk. Azərbaycanda idmana verilən önəmdən xəbərimiz var, keçən ay Avropa Oyunları yüksək səviyyədə təşkil edildi. Bundan sonra həm şəhərsalma, həm də idman sahəsində əməkdaşlıq etmək istəyirik”.

 Ədirnə vilayətinin də daxil olduğu Trakya bölgəsinin Türkiyənin önəmli kənd təsərrüfatı regionu olduğunu xatırladan bələdiyyə sədri "Azərbaycanda dünyanın ən ləzzətli pomidor və xiyarı yetişir. İnanıram ki, kənd təsərrüfatı sahəsində də qarşılıqlı əməkdaşlığımız ölkələrimiz arasındakı əlaqələrin inkişafına böyük fayda verəcək” - deyə əlavə edib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az