Əfşar Süleymani ABŞ-a çağırıldı

Əfşar Süleymani ABŞ-a çağırıldı

Eks-səfir “Yeni irançılar” qrupunda təmsil olunur.

İranın Azərbaycandakı eks-səfiri Əfşar Süleymani ABŞ-a çağrılıb. İranın Azərbaycandakı eks-səfiri, İranda keçirilən son prezident seçkilərində “yaşıllar” hərəkatının lideri Mir Hüseyn Müsəvinin seçki qərargahında təmsil olunan Əfşar Süleymani son bir ildə adından bu və ya digər informasiyaların yayılması ilə söz etdirməkdədir. Məlumatlı mənbələrdən “Vətəninfo.az”a daxil olan məlumata görə, Əfşar Süleymani hazırda ABŞ-da səfərdədir və bu səfər Birləşmiş Ştatların dövlət orqanları tərəfindən təşkil olunub. Məlumata görə, ABŞ Suriyada Bəşər Əsəd rejiminin yıxılmasının ardından İrana qarşı uzun zamandır masa üzərində səbrlə gözlətdirilən planı işə salacaq. Bu planın həyata keçirilməsi istiqamətində isə, rəsmi Vaşinqtona İranı daha çiddi təhlil edən və rejimin zəif nöqtələrini bilən şəxslərin ortaya qoyacağı mövqelərə ehtiyacı var. Məlumata görə, Əfşar Süleymani Fars rejiminin daxildəki müxtəlif sahələrdə zəif nöqtələrini bilən diplomatlardandır ki, uzun zaman Tehran rejimi Süleymaninin həmin zəif nöqtələrini təklifləri müzakirə etmədən aradan qaldırılması proqramlarını həyata keçirib. Amma son prezident seçkilərində Musəvinin yanında yer alması, Süleymanini həm dini lider Xamaneyinin, eyni zamanda da mövcud hakimiyyətin gözündən salıb. Məlumata görə, Süleymani bütün bunları bildiyi üçün məhz diplomatik fəaliyyətinin ardından İranda deyil, daha çox Azərbaycanda, Bakıda yaşamağa üstünlük verir. Mənbənin sözlərinə görə, Süleymani Azərbaycanda biznes fəaliyyəti ilə də məşğuldur ki, bu biznesdə o yeni deyil. İndi Süleymaninin “yeni irançılar” yaxud da mövcud rejimin yıxılmasının ardından İranda hakimiyyətə gətiriləcək siyasi qüvvələrin yanında yer alması doğurdan da maraqlıdır. Amma bunun nə qədər gerçək olduğunu deməksə, çətindir. Çünki Ə.Süleymaninin diplomatik fəaliyyətinə diqqət yetirsək, görərik ki, Süleymani bir müddət İranın Naxçıvandakı konsulu olub və Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qaydışının ardından, Tehran rejimi məhz Süleymanini də Naxçıvandan Bakıya, yəni Azərbaycan Respublikasındakı səfirliyinə, səfirin 1-ci katibi vəzifəsinə gətirib. Eyni zamanda Süleymaninin nəzarətinə ETALAT-ın Azərbaycandakı uzantıları və İran Mədəniyyət Mərkəzi verilib. Səfir kimi isə Süleymaninin fəaliyyəti diplomat fəaliyyətindən daha çox şəxsi məsələlərlə bağlı hadisələrin cərəyan etməsi ilə yadda qalıb.

Kənan



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az