Hərbi Xidməti bitirib ehtiyata buraxılan əsgərlərin bir hissəsi yenidən hərbi hissələrə çağırılır.
Avropa.info.info
BAKU.WS-ə istinadən xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti vətəndaşların yenidən çağırılmasına
səbəblərini açıqlayıb. Müdafiə Nazirliyinin sentyabrın 6-dan 13-dək
Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş
qabiliyyətinin yoxlanılması məqsədilə Komanda Qərargah Hərbi Oyunları
ilə əlaqədardır.
Dövlət Xidmətindən yenidən əsgərliyə
çağırılan gənclərin hansı müddətə qədər hərbi hissələrdə qalacağının
hələlik məlum olmadığını bildiriblər.
Qeyd edək ki,
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən Müdafiə
nazirinin rəhbərliyi altında sentyabrın 6-dan 13-dək Silahlı Qüvvələrin
bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin
yoxlanılması məqsədilə Komanda Qərargah Hərbi Oyunları keçirilir.
Təlimlərə
65.000 nəfərədək şəxsi heyət, 700-dək zirehli texnika, 500-dən çox
raket və artilleriya qoşunlarının qurğusu, Hərbi Hava Qüvvələrinin
40-dək təyyarəsi və 50-dək helikopteri, Hərbi Dəniz Qüvvələrinin 20-dək
gəmi və kateri, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin və qruplaşmaların
havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə
bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış
zenit-raket birləşmələri cəlb edilib.
Təlimlərdə hava kəşfiyyatının aparılması məqsədilə pilotsuz uçan aparatlardan istifadə olunacaq.