“Əla məlumatlı olduqları üçün ölkənin müdafiəsi ilə bağlı hər şeyi məhv edirlər” - Hasratyan
"Vətənin müdafiəsini sosial müdafiəsiz təbəqə üçün pullu xidmətə çevirməyə üstünlük verən ölkələr gec-tez tarix səhnəsini tərk etdilər... Bütün bunların nəticəsində nə baş verəcəyini bilməmələri deyil, mükəmməl məlumatlı olduqları üçün ölkənin müdafiəsi ilə bağlı hər şeyi dağıdıb məhv edirlər".
Moderator.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə qondarma qurum "ordu"sunun keçmiş mətbuat katibi Senor Hasratyan öz Facebook səhifəsində yazıb.
"Qədim zamanlardan hərbi xidmət həmişə şərəf məsələsi olub. Üstəlik, bəzi ölkələrdə bu, hətta ən yüksək sinifin vəzifəsi, bəzi ölkələrdə isə zadəganların monopoliyası hesab olunurdu... İndiyədək bir çox ölkələr var ki, yüksək dövlət vəzifələri qanuna görə, orduda xidmət etməyən vətəndaşlar üçün əlçatmaz qalır. ...
Bu ənənənin gücü ilə yaşayıb-yaşayan, əsasən öz ölkələrini yaradan və gücləndirən xalqlar və Vətənin müdafiəsini sosial müdafiəsiz təbəqənin pullu xidmətinə çevirməyi üstün tutanlar gec-tez tarix səhnəsini tərk etdilər. ...
Bütün bunlardan sonra, hərbi xidmətdən azad olunma haqqında qanun layihəsini təsdiqləyən, yarımçıq müharibə şəraitində yaşayan bir ölkənin hökumətinə hansı tərif verilməlidir?..
Bütün bunların nəticəsində nə baş verəcəyini bilməmələri deyil, yaxşı məlumatlı olduqları üçün ölkənin müdafiəsi ilə bağlı hər şeyi dağıdıb məhv edirlər...”, - o yazıb.