“Kaş Eynulla Fətullayevdə mənim kimi İsveçrəyə gəlib tualet təmizləyəydi. Amma Elmar kimi oğulun ruhuna xəyanət etməyəydi...”
Azərbaycanda sayılıb-seçilən qələm əhli içərisində özünün dəstixətti olanlardan biridə Elbəyi Həsənlidi. Mən Elbəyini “Yeni Müsavat”qəzetindən tanıyıram. Necə deyərlər bir yazar olmaqla bərabər eynizamanda təvəzükar bir insandı. İndi Azərbaycandan kənardadı. Küsüb doğma vətənindən. “Vətəninfo.az” olaraq onunla “facebook” vasistəısi ilə yazışaraq bu müsahibəni aldıq.
Elbəyi Azərbaycandan uzaqda nə edir?
-Küçə süpürür,tualet təmizləyir...
-Mənim tanıdığım Elbəyi Həsənli ən çıxılmaz vəyyətlərdə işiğı tapan biridi.Buna inanmaq çətindi...
-Hə,vəziyyətim dediyim kimidir.Və buna görə də təəssüflənmirəm. Şeyx Sənan məhəbbətinə görə dinidən döndü,donuz otardı.Yəni mən Avropaya kef eləməyə gəlmədim ki...
-Yəni o əziyyət ölkəndən,sevdiklərindən kənarda qalmana dəyərmi?
-Dəyər! Mən ən azı vicdan əzabı çəkmirəm.Yəni vətənimi,millətimi bu iqtidara satmadım.Önəmlisi elə budur.Sülaləyə yarınıb Azərbaycanda yağ-bal içində yaşamaqdansa,elə İsveçrədə küçə süpürmək yaxşıdır.
-Səncə, getmək çarədirmi?
-Yox,getmək problemi həll eləmir.Sadəcə,Azərbaycanda qalsaydım,əsəblərim tam sıradan çıxardı.Yadıma gəlir.bir dəfə Məmməd İsmayılı "divara dirəmişdim" ki,Azərbaycanı atıb,niyə getdiz...İttiham xarakterli bu kimi suallar. İndi yadıma düşəndə xəcalət çəkirəm.Görsəm ondan üzr istəyəcəm.Şairi çox incitmişəm.
-Hər dəfə səni gorəndə yadıma keçən günlər düşür, birdə "Yeni Müsavat"da çıxan yazılar Nə vaxt birdə o yazılara rast gələcəyik?
-Ara-sıra yazıram.İndi daha çox ingilis və alman dillərini öyrənməyə diqqət edirəm.Bütün vaxtım buna gedir. Amma yurnalistikadan getmək fikrində deyiləm....
-Mən sizin son yazınızı mərhum Rəfail Allahverdiyevlə olanı oxumuşdum.Bəy bizdə ölünün qiyməti bilinir, yoxsa dirinin?
-Biz millət olaraq ölülərə daha çox hörmət edirik.Bele bir deyim de var."Ölüdən şeytan da əl çekir".Yəni toya getməsək də,yasa mütləq gedirik...
-Elbəyi sevdiyi Azərbaycanından uzaqda dirilər qalsın bir yana, heç ölüləridəmi özləmir?
-Düşünürdüm ki,Bakıya gələn də Bəxtiyar Vabzədə ilə görüşə gedəcəm.Xüsusi münasibətimiz vardı.GərəkBakıya gələndə qəbrstanlıqlardan başlayım.Sevdiyim insanların məzarına baş əyim...
-Elbəyi o gün nə vaxtı?
-İmkan olanda.Amma Azərbaycanda demokratik dəyişiklilər başlasa,həmən Bakıya dönərəm.
--Bildiyin kimi müxalifət aprel mitinqlərinə başlayıb.Uzaqdasan bizim müxalifətdə dəyişiklik hiss edirsənmi?
-Yox,müxalifət elə əvvəlki düşüncəsindədir.Birləşə bilmirlər.Müsavat-AXCP birliyi alınmır.çünki bizdə insanlar ideya uğrunda yox,şəxsiyyət uğrunda mübarizəni məqbul sayırlar.Yuli Sezar deyirdi ki,əyalətdə birinci olmaq,Romada ikinci olmaqdan yaxşıdır.Bizim partiya liderleri de eyni düşüncədədir.Ona görə də xırdalana xırdalana gedirlər...
-Elbəyi sən burda olsaydın "yeni müsavatda" müxalifətlə bağlı yazındakı başlığa nə ad qoyardın, eynilədə iqtidarın müxalifətə baxışı ilə bağlı yazına?
-Vallah,mən mitinqin 20-ci sahədə keçirilməsini biabırçılıq hesab edirəm...Bu mövzuda yazsam məni daşa basarlar...
-Son olaraq ən çox kimlər üçün darıxırsan?
-Daha çox Xəzərin dalğaları üçün darıxıram.Dost-tanışla görümək də maraqlı olardı.Məsələn,imkan olsaydi Eynulla Fətullayevlə görüşərdim və onun gözlərinə baxardım.Görərdim ki,dostunu bir qarın çörəyə satmağın agırlığını o gözlər necə yaşayır...Kaş o da mənim kimi İsveçrəyə gəlib tualet təmizləyəydi.Amma Elmar kimi oğulun ruhuna xəyanət etməyəydi...
Nahid Canbaxışlı