Eldar Namazov Azərbaycanı tərk etdi
Vaxtilə Milli Şuranın əsas
liderlərindən olan "El” hərəkatının sədri Eldar Namazov xeyli vaxtdır
xarici ölkələrin birində yaşayır. Prezident seçkilərindən sonra siyasi
proseslərdən kənarda qalan Namazovun Azərbaycanı tərk etmək niyyətində
olduğu bildirilir.
Onun bu məqsədlə Avropa ölkələrindən siyasi sığınacaq alıb-almayacağı isə sual altındadır.
Ölkəni
tərk etməsi ilə bağlı deyilənlərə münasibət bildirən E.Namazov
azvision.az-a açıqlamasında Azərbaycanda olmadığını təsdiqləyib. Xeyli
vaxtdır xaricdə olduğunu deyən Namazov ölkəyə qayıtmaq barədə hələ
düşünmədiyini bildirib.
"Hazırda ölkədə deyiləm. Ola bilsin ki, sentyabr ayından sonra Azərbaycana qayıdım. Hələ ki, xaricdəyəm” - deyə siyasətçi vurğulayıb.
musavat.com