Elektrik xətdinə əl üzatdı,həyatını itirdi - Bərdədə
Bu gün Bərdə rayonunun Qaradəmirçi kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.Qeyd edək ki, Bərdə rayonunun iki Qaradəmirçi kəndi var.
Hadisə baş verən kənd Mehdili kənd inzibati ərazi vahidinə daxildir.
Saat 13-00 radələrində Qaradəmirçi kənd sakini Şəmdinov Bəhmən yüksək gərginlikli elektrik xəttinə qeyri qanuni qurğu qoşmaq istəyərkən elektrik cərəyanının vurması nəticəsində həyatını itirib.
Kənd sakinlərindən birinin verdiyi məlumata görə Bərdə rayon Elektrik Şəbəkəsi işçiləri tərəfindən kəndin 3 nəfər borclu abonentinin işığını kəsərək, xətdən açıblar.İşığı dayandırılan abonentlərdən biridə Şəmdinov Bəhmən olub.Öz təşəbbüsü ilə yenidən işığı bərpa etmək istəyən B.Şəmdinov yüksək gərginlikli elektrik xəttinə qurğu qoşmağa cəhd göstərib.Nəticədə həyatını itirib.
Miq.az