Əli Abbasov qaynının nazirlikdəki “əməliyat”ından danışdı: "250 milyon absurd bir rəqəmdir"

Əli Abbasov qaynının nazirlikdəki “əməliyat”ından danışdı:
Sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun qaynı Elçin İbrahimovun istintaqda sorğu-sual olunması ilə bağlı mətbuatda xəbərlər yayılıb.

Həmin xəbərdə qeyd olunub ki, E.İbrahimov RYTN xətti ilə aparılan 250 milyon manatlıq tikinti işlərini gerçəkləşdirib. E.İbrahimovun sədri olduğu "Qafqaz-S” inşaat məhdud məsuliyyətli cəmiyyətinin tikintiləri gerçəkləşdirərkən külli miqdarda vəsaitlərin mənimsənilməsinə əsaslı şübhələr olduğu üçün sorğu-sual olunub.

Miq.az xəbər verir ki, bununla bağlı Unikal.org-a açıqlama verən sabiq nazir Əli Abbasov yazılanlar cəfəng adlandırıb:

 "Tamamilə yanlış məlumatlardır. Mən işlədiyim dövrdə nazirlikdə bu məbləğdə tikinti quraşdırma işləri aparılmayıb. 100-ə yaxın orta və kiçik şirkətlə işləmişik. Bütün bunların hamısına birlikdə qeyd olunan məbləğdə pul köçürülməyib. 250 milyon absurd bir rəqəmdir. "Qafqaz-S”-də həmin şirkətlərdən biri olub. Nə təklikdə, nə də cəm şəkildə şirkətlərə bu məbləğdə pul köçürülməsi olmayıb”.
 
Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az