Əli Kərimlinin qaynını Obama tutdurub? –ARAŞDIRMA-Ehtimal

Əli Kərimlinin qaynını Obama tutdurub? –ARAŞDIRMA-Ehtimal

Son günlər gündəmi cəlb edən ən qalmaqallı xəbərlərdən biri Əli Kərimlinin qaynının həbs olunması faktıdır. AXCP sədrinin ciddi cəhdlə qaynın həbsinə siyasi don geyindirmək cəhdi əlbəttə təqdirəlayiqdir. Amma Elnur Seyidovun həbsindən öncəki və sonrakı olaylar bir sıra suallar doğurur ki, bunların cavabları ilə bağlı apardığımız araşdırmanı siz təqdim edirik.

Texnikabank 

Mərkəzi Bankın statistikasına əsasən, «Texnikabank» 2011-ci ildə Azərbaycanda 6-cı yerdə qərarlaşıb. Onun bazar payı təxminən 6 faizdir. «Texnikabank» Açıq Səhmdar Cəmiyyəti 1993-cü ildə yaradılıb. Hazırda bankın 35 filialı və 5 şöbəsi fəaliyyət göstərir. Bankın səhmdarları «World Wines Private Company» (75%), «Kazimir Caspian Fund Limited» (10%) və Etibar Əliyevdir (15%). Hökümətə yaxın banklardan hesab olunur. 

Öncə Etibar Əliyev

Və bütün bu inkişafın fonunda birdən birə bu bankın sahibi həbs olundu. Səbail rayon məhkəməsi martın 10-da «Texnikabank» Müşahidə Şurasının sədri və səhmdarı Etibar Əliyev barəsində 3 aylıq həbs-qətimkan tədbiri qərarı çıxardı.  Etibar Əliyev Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə – dələduzluqda təqsirləndirilir. Xatırladaq ki, onu Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları həbs edib, istintaqı da MTN aparıb.

Sonra Elnur Seyidov

Sonra «Texnikabank» Açıq Səhmdar Cəmiyyətinin (ASC) Yasamal filialının sədr müavini Elnur Seyidov həbs olunur və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilir. O, dələduzluqda və mütəşəkkil dəstə tərkibində külli miqdarda pul mənimsənilməsində ittiham olunur. 

AXCP sədri Əli Kərimlinin qaynı olan Elnur Seyidov uzun illərdir ki Texnikabank da çalışırdı. Müxalifət lideri bu həbsin ona zərbə vurmaq üçün baş verdiyini desə də öncə Etibar Əliyevin həbsinin olması bu olayın Əli Kərimli ilə bir əlaqəsi olmadığını göstərir. Bir də ki, uzun illər Elnur Seyidov zatən bu bankda çalışırdı. Onu Əli Kərimli üzündən həbs etsəydilər daha bankın səhmdarı ilə eyni vaxtda yox, uzun zaman öncə zatən işinə xitam verərdilər. 

Mətbuata  açıqlamasında vəkil Əsabəli Mustafayev bildirib ki, Elnur Seyidova Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə ittiham elan olunub: “Onu “Texnikabank”ın Müşahidə Şurasının sədri Etibar Əliyevin göstərişi ilə hansısa qanunsuz əməliyyatları həyata keçirməkdə, vətəndaşların pullarını mənimsəməkdə günahlandırırlar. Amma söhbətin hansı əməliyyatdan getdiyi bizə bəlli deyil. Çünki hələlik ittihamın hansı faktlara söykəndiyi açıqlanmayıb. İttihamın elan olunması haqdakı qərarda da heç nə göstərilməyib. Ona görə də biz bilmirik Elnur Seyidova niyə bu ittihamı veriblər.”Həmçinin vəkil əlavə edib ki, “Texnikabank”ın daha bir neçə əməkdaşının bu işlə bağlı saxlanılıb. Ancaq onların dəqiq sayını və kimliyi məlum deyil.

Bəs niyə MTN?

Amma hər iki həbsdə diqqəti bir məsələ çəkdi. Həbsləri MTN həyata keçirirdi. İstintaqda xüsusi gizliliklə aparılırdı. Burda bir sual ortaya çıxır- MTN nə vaxtdan yeyinti və dələduzluq işi ilə məşğul olur. Bəlkə ittihamda səsləndirilən əməliyyatlar dövlət əhəmiyyətli məsələlərdir. Və Azərbaycanın başqa ölkələrlə münasibətinə zərər vura bilər, bu üzdən də həbs MTN tərəfindən həyata keçirirlib. 

Obamanın bu həbslərdə rolu varmı?

Bildiyiniz kimi bir müddət əvvəl Amerika prezidenti İranla əlaqədə olan, onunla ticarət maliyyə əməliyyatları edən hər bir ölkə ilə münasibətlərinə yenidən baxacaqları ilə bağlı bəyənat vermişdi. Bu həbslərdə də yalnız İran ehtimalı çox güclü faktor kimi özünün göstərir. Texnikabank İranın maliyyə əməliyyatlarında iştirak edibsə və ABŞ ın xüsusi xidmət orqanları bu məsələdən xəbərdar olaraq, Azrbaycan dövlətindən ölçü götürməsini istəyibsə həbslərin MTN tərəfindən reallaşmasına məntiqi bir məna vermək olar. 

Bəs bu gizlililiyin səbəbi nədir? Niyə açıq olaraq həbslərin nə üzdən baş verməsi açıqlanmır. Bir tək səbəb ola bilər Texnikabankın imici qorunur. Bu suala cavabı Azadlıq radiosuna müsahibəsində iqtisadçı Samir Əliyev çox gözəl ifadə edib: “Bank sektoru çox həssas sistemdir. Orda hər hansı xoş olmayan məlumat birbaşa bankın reputasiyasına təsir edir. Bu da insanların o bankdan üz döndərməsinə gətirib çıxarır. Təbii ki, bu həbs bankın fəaliyyətinə təsir edəcək. Amma bu, problemin həllinin necə tapılmasından asılı olacaq. Yəni, hansı məqsədlə o həbs olunubsa, ondan çox şey asılı olacaq”

Yuxarıda da qeyd etdiyimiz kimi Texnikabank hökümətlə “sıcaq” münasibətləri olan bankdır, orda hökümətin maraqları var, Etibar Əliyev, Elnur Seyidov və ya bir başqası “qurban” verilsə də, bankı qorumaq məcburidir. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az