Əli Məsimli:"Bu fikri bütovlükdə erməni xalqına şamil etmək olmaz"

Əli Məsimli:"Bu fikri bütovlükdə erməni xalqına şamil etmək olmaz"

Tanınmış tarixçi alim, Qafqazşünas Rudolf  İvanovun indiki Ermənistan ərazisinin qədim Azərbaycan torpaqları olması barədə fikirləri əsaslandırmalarını müxtəlif dillərə çevrilərək yayılmasını da istərdim.

Bu sözləri “Vətəninfo.az”a Azərbaycan Parlamentinin üzvü, Sosial və İqtisadi İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli, tanınmış tarixçi alim, qafqazşünas Rudolf İvanovun indiki Ermənistan ərazisinin qədim Azərbaycan torpaqları olması ilə bağlı fikirlərini şərh edərkən bildirib.

“Çünki bizə məlum olan bu həqiqətlər bizim dilimizdən daha çox başqa ölkələrin alimləri tərəfindən deyildikdə beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmə dərəcəsi də yüksək olur. Bütün rus-türk müharibələrinin ermənilərin törətdiyi barədə tezisə gəldikdə isə bu tezisin arxasında və altında olan çoxsaylı tarixi həqiqətlərə də işıq salınmasına ehtiyac var. Bu tezisi "rus-türk müharibələrinin alovlandırılmasında mühüm rol oynayan amillər içərisində erməni faktoru, erməni xisləti ciddi rol oynayıb" formasinda ifadə etmək, məsələyə kompleks yanaşmaq baxımından diskussiya zamanı fikirləşmək üçün zəngin material verər. Çünki bu müharibələrin obyektiv, subyektiv və həmin müharibələr ərəfində dünyada və müharibə regionunda yaranmış vəziyyət və s. kimi ciddi məqamlar var. Bu müharibələrdə erməni xisləti qızışdırıcı və həmin müharibələrin daha qanlı olmasında aparıcı rol oynayıb. Bu fikri bütovlükdə erməni xalqına şamil etmək olmaz. Söhbət bü millətin ağır durumlarında onlara qucaq açan, öz tarixi torpaqlarında yer verən, normal həyat qurmalarına kömək edən türk xalqlarına həmişə arxadan kürəyinə naqis xəncərinin zərbəsi ilə cavab verən, qaniçən, qalibin yanında başkəsən rolunu oynayan, ana və uşaq qatilləri olan, erməni xislətinin insanabənzər daşıyıcılarından gedir”-deyə, millət vəkili qeyd edib.

Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az