“Əlimi Qurana basıram ki, evimdə silah tapılmayıb"

“Əlimi Qurana basıram ki, evimdə silah tapılmayıb"

“Gətirin əlimi Qurana basım ki, evimdən silah-sursat tapıldığı barədə bu gün mətbuatın yaydığı xəbərlər yalan və iftiradır”. Vətəninfo.az-ın məlumatına görə bunu  Milli Məclisin Sabunçu rayonundan olan deputatı Qalib Salahzadə haqqında yayılan məlumata münasibət bildirərkən deyib. Qalib Salahzadə mətbuatı şayiə yaymaqda ittiham edib. Bununla yanaşı, o, “kişinin dalınca danışarlar” deyib.
“Qafqazinfo”nun bu gün səhər yaydığı xəbərdə bildirilir ki, deptatın Bilgəhdə yerləşən evində bir neçə gün əvvəl hüquq-mühafizə orqanlarına daxil olan məlumat əsasında axtarış aparılıb. Axtarış nəticəsində deputatın evindən külli miqdarda silah-sursat tapılıb. Faktla bağlı dindiriliən Hacı Qalib Salahzadə ifadəsində bildirib ki, bu sulah-sursatdan xəbəri yoxdur, orada yaşamır və həmin evdə xidmətçilər və mühafizəçiləri qalır.

***


Milli Məclisin deputatı Qalib Salahzadənin evindən silah-sursat aşkar edilib.

"Qafqazinfo" xəbər verir ki, onun Bilgəhdə yerləşən evində bir neçə gün əvvəl hüquq-mühafizə orqanlarına daxil olan məlumat əsasında axtarış aparılıb. Axtarış nəticəsində deputatın evindən külli miqdarda silah-sursat tapılıb. Faktla bağlı dindiriliən hacı Qalib Salahzadə ifadəsində bildirib ki, bu sulah-sursatdan xəbəri yoxdur, orada yaşamır və həmin evdə xidmətçilər və mühafizəçiləri qalırlar.

Deputatın evində belə bir əməliyyat keçirilməsini "Qafqazinfo"ya hüquq-mühafizə orqanlarından da təsdiqləyiblər. Məlumata görə, əməliyyatı polis keçirib və evdən patronla dolu silah daraqları, silahlar və xeyli patron aşkar edilib. Artıq məsələ DİN rəhbərliyinin nəzarəti altındadır və hazırda ciddi araşdımalar aparılır.

"Qafqazinfo" millət vəkilinin də mövqeyini öyrənməyə çalışıb. O belə bir faktın baş vermədiyini, məlumatın ona qarşı təxribat olduğunu bildirib.
Qeyd edək ki, Sabunçu rayonundan millət vəkili olan Qalib Salahzadə həm də şeyxülislam Allahşükür Paşazadənin qudasıdır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az