"Elm adamının bu cür danışması nadanlıqdır"-Keçmiş baş redaktor

Nazir Əhmədli
 
"Ey lənətullah, xamnəlilər özünü və dilinin adını necə adlandırır?"


Zərdüşt Əlizadənin son müsahibəsi ilə bağlı tənqidlər sanki parada düzülüb. Bu müsahibəyə ən kəskin reaksiya verənlərdən biri də tanınmış jurnalist, "Millət" qəzetinin keçmiş baş redaktoru Nazir Əhmədli olub. Nazir Əhmədlinin feysbuk statusunda yazdığı şərhin maraqlı olduğunu nəzərə alıb, oxucuların diqqətinə şatdırırıq: 

"Siyasi baxışlarını bölüşməsəm də, Zərdüşt Əlizadəni savadlı adam sayırdım, amma türk dili haqqındakı səhv baxışları məni olduqca məyus etdi. Qələmə verməyə çalışır ki, guya turançılıq ideyasına görə buradakı dilin adını "türk dili" adlandırmışdılar. Həm də türk dilindən danışanda guya biz indi Türkiyədə danışılan dildə danışmalıyıq. Kökündən yanlışdır. Hamıya məlumdur ki, hələ Şah İsmayıldan çox qabaq da İranda yaşayan türklərlə Anadoluda yaşayan türklər neçə əsr bir-birini qırıblar, düşmən dövlətlərdə yaşayıblar. Hazırda da İranda 30 milyon əhali özünü türk dilinin adını da türk dili adlandırır. İndi Türkiyə əhalisi də dilini türk dili adlandırırsa, biz onlardan məsafə saxlamaq üçün dilimizin adını dəyişdirməliyik ki, məndən uzaq dur, mən səndən deyiləm? Kim özünü necə adlandırır-adlandırsın, məsələyə dəxli yoxdur. Neçə yüz ildir bu millət mövcuddur və adı türk, dili də türk dilidir.
Məncə Z.Əlizadə də bunu bilir, ancaq Türkiyə düşmənliyi onun gözünü kor edir.
Heydər Əliyev ölkədəki siyasi vəziyyəti nəzərə alaraq, "Azərbaycan dili" ifadəsini geri qaytardı. O bir siyasətçi idi və mövcud vəziyyətdə məcburi addım atdı, amma elm adamının bu cür danışması nadanlıqdır.

Şimali Azərbaycanda yaşayan xalq etnik baxımdan türklər, tatlar, talışlar və kürdlərdən təşəkkül tapdığına görə, bəlkə də ona "Azərbaycan xalqı" demək olar, amma bu xalq yenə də onu təşkil edən etnik ünsürlərdən biri olan türklərin dilindən ortaq dil kimi istifadə edir. İrandakı 30 milyon insan da həmin bu dildən istifadə edir və dilin adına da düzgün olaraq "türk dili" deyirlər. Şimaldakı 9 milyondan fərz edək ki, 6 milyonu türkdür, cənubdakılarla birlikdə 36 milyon edir. Yəni şimaldakı türklər ümumi sayın altıda biridir.
Ey cahillər, indi şimaldakı altıda bir bütün 36 milyona ad qoyub ağıl verəcək ki, sən qanmırsan, mən qanıram??
Yenə təkrar edirəm, Türkiyənin, turançılığın buraya aidiyyatı yoxdur, onlar özlərini nə adlandırır-adlandırsın, dillərinin adnı nə qoyur-qoysun, bu məsələyə dəxli yoxdur. İndi kimsə oğluna Zərdüşt adı qoysa, bu nadan öz adını dəyişməlidir ki, ondan fərqlənsin??

Deyir ata tərəfim İranın Xamnə kəndindəndir. Adam, xamnəlilər özünü və dilinin adını necə adlandırır?"

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az