Elmar Mәmmәdyarov: Azәrbaycan terrorizmi pislәyir

Elmar Mәmmәdyarov: Azәrbaycan terrorizmi pislәyir
Azәrbaycan terrorizmi pislәyir, multikultural dialoqa önәm verir.

AZӘRTAC xәbәr verir ki, bu sözlәri IV Ümumdünya Mәdәniyyәtlәrarası Dialoq Forumu çәrçivәsindә keçirilən "Dialoqun tәşviqi vә körpülәrin qurulması: Zorakı ekstremizmin qarşısını almaq üçün vasitәlәr” mövzusunda 1-ci plenar sessiyada xarici işlәr naziri Elmar Mәmmәdyarov deyib.

Nazir bildirib ki, mәdәniyyәtlәr arasında әlaqәlәri güclәndirmәk, multikultural dәyәrlәrә üstünlük vermәklә әmәkdaşlığa nail olmaq mümkündür. O deyib: "Ölkәmiz terrorizmdәn әziyyәt çәkib. Әmәkdaşlıq olmadan ekstremizmlә mübarizәdә uğura nail olmaq mümkün deyil. İslamofobiya hallarına rast gәlinir, terrorizm mәdәniyyәt abidәlәrini hәdәfә alır. Ekstremizmlә mübarizәdә tәhsilin rolu böyükdür. Zorakı ekstremizmi birgә sәylәrlә aradan qaldırmalıyıq. Antiekstremizm cәbhәsi formlaşdırmaq zәruridir. Gәnclәrin terror qruplaşmalarına cәlb edilmәsinin qarşısı alınmalıdır. Bu Forum yeni düşüncәlәr üçün yaxşı әsas yaradacaq. Әminәm ki, dialoq böyük irәlilәyişlәrә nail olmağa kömәk edәcәk”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az