Elşad Abdullayev ayaqyolundan qaçdı - ŞOK

Elşad Abdullayev ayaqyolundan qaçdı - ŞOK

Hakimiyyətdaxili qruplaşmalardan birinin videotekasına çevrilən Elşad Abdullayevlə bağlı Vətəninfo.az-a maraqlı bir məlumat daxil olub.

Daxil olan məlumata görə, fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Univeristetin (ABU) sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev haqqında bir neçə il əvvəl Səbail Rayon Polis İdarəsində, Səbail rayonunda yaşayan bir neçə vətəndaşın şikayət müraciəti olub və olunan müraciətə əsasən Elşad Abdullayev Pİ-nə gətirilib.

Verilən məlumata görə, idarədə müstəntiq qarşısında şikayətçilər Elşad Abdullayevin üzünə durublar və bundan sonra ABU sahibinin haqqında cinayət işi açılır.

Məlumata görə, dəfələrlə müstəntiqə E.Abdullayev telefonunu qaytarmalarını və müxtəlif yerlərə zəng etməli olduğunu bildirib. Amma müstəntiq olunan şikayətlərin ciddiliyini, E.Abdullayevin də arxalı biri olduğunu diqqətə alaraq, E.Abdulllayevin telefonunu qaytarmır və ona zəng etməyə imkan vermir.

Məlumata görə, bütün hiylələrinin müstəntiq qarşısında baş tutmadığını görən E.Abdullayev ayaqyoluna getmək bəhanəsi ilə  müstəntiqin otağından çıxır. Müstəntiq bir polisin müşayəti ilə onu ayaqyoluna getməyə razılaşır və polis serjantının müşayəti ilə E. Abdullayev ayaqyoluna gedir.

Polis serjantı Abdullayev Pİ-dən qaça bilmədiyini zənn edərək  qapıdan ayrılır.

Serjantın qapıdan ayrıldığını görən E.Abdullayev  ayaqyolundan çıxaraq idarədən ayrılır. Bir müddət E.Abdullayevi gözləyən müstəntiq onun gəlmədiyini gördükdə otağından çıxır və E.Abdullayevin ayaqyolundan çıxıb-çıxmadığını öyrnmək  istəyir. Növbətçi hissədə oturan polis serjantı E.Abdullayevin idarədən çıxıb getdiyini bildrəndə isə artıq geç olur.

Bir saat keçmədən müstəntiqə telefon zəngi gəlir və E.Abdullayevin arxasını söykədiyi yuxarılar təcili olaraq açılan cinayət işinin ləğv edilməsini və E.Abdullayevin sənədlərinin və telefonunun Polis İdarəsinin qarşısında gözləyən sürücüyə verilməsi istənilir.

Yəni məlumata əsaslansaq E.Abdullayev qoruyucuları tərəfindən mühafizə olunmasaydı, bu gün dəmir barmaqlıqlar arxasından gedən prosesləri izləmiş olacaqdı.

Vətəninfo.az 

İnformasiya şöbəsi



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az