Əmanətlərin qaytarılması ciddi bir addımdır

Əmanətlərin qaytarılması ciddi bir addımdır

Ekspert Prezidentin sərəncamını yüksək qiymətləndirib

Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən Sovet dönəmidə əmanət banklarında olan əhalinin pulları 2013-cü ilin sonuna kimi qaytarılacaq. Ekspert Arzuman Muradlı imzalanan sərəncamı şərh edən zaman bildirdi ki, əmanətlərin qaytarılması ilə bağlı dövlət başçısının atdığı addım uyğurlu bir addımdır: «Artıq bildiyiniz kimi possovet məkanı ölkələrinin  bir çoxunda bu yöndə qəararlar var və həmin ölkələrdə də əhalinin banklardakı əmanətləri geri qaytarılır.Azərbaycanda da belə bir addımın atılması əhalinin dölətə olan inamını artırmaqla bərabər, eyni zamanda da xalqın banklarla işləmə imkanlarına müsbət yöndə təsir edəcək. Ekspertin sözlərinə görə  vəsaitlərin qaytarılması ilə bağlı yaranan narazılıqlar daha çox vəsaitlərin qiymətləndirilməsi ilə bağlıdır: «Burda da ortaq məxrəc tapmaq mümkündür.  Hökumət rəsmiləri, eyni zamanda Mərkəzi Bank rəhbərliyi  hesab edirlər ki, vəsaitlərin qiymətləndirilməsi normaldı.Məndə bunun düz olmadığı qənaətindəyəm və burda bir qədər rəqəmləri yüksəltmək olardı».

Əli



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az