Əməkdar artist xəstəxanaya aparıldı

Əməkdar artist xəstəxanaya aparıldı

Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Əjdər Həmidovun səhhəti pisləşib.Bu barədə AzNews-az-a sənətkarın özü məlumat verib.

Aktyorun sözlərinə görə, onun təzyiqi yüksəlib: "Bu aylar qanqaynayan vaxtdır, təzyiqi olanlar üçün təhlükəlidir. Həkimlər dedi ki, xəstəxanaya gedək, yoxsa insult keçirərsən. İndi özümü yaxşı hiss edirəm”.

Əjdər Həmidov hazırda 1 saylı Şəhər Klinik Xəstəxənasında müalicə olunduğunu deyib:

"Darıxıram. Məni ən çox üzən də budur. Aktyor adamam, səhnə, dostlarım üçün darıxıram. Sənət adamları bir yerdə otura bilmir”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az