Ərdoğan: F-35-ləri vermirlər, vecimizə də deyil!

Ərdoğan: F-35-ləri vermirlər, vecimizə də deyil!
Yunanıstan nə siyasi, nə iqtisadi, nə də hərbi olaraq bizim tayımız deyil.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Eynən bir əsr əvvəl olduğu kimi bu gün də Yunanıstan istifadə edilir. Ölkəmizin vaxtını və enerjisini boşa sərf etdirməyə çalışanların niyyətini bilirik. Yunanıstan təyyarələrimizi təhdid edərək NATO və müttəfiqlərinə meydan oxudu. Amerika bizə vermədiyi F-35-ləri Yunanıstana bağışlayır. Bizə F-35 vermirlər, aldığımız müdafiə sistemlərinə görə bizi qınayırlar. Vecimizə də deyil. Bizə verilməyən hər məhsulu istehsal etmək qabiliyyətinə sahibik”, - deyə Ərdoğan bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az