Ərdoğan ilin sonuna kimi... – ABŞ-dan ŞOK TƏHDİD

Ərdoğan ilin sonuna kimi... – ABŞ-dan ŞOK TƏHDİD

Türkiyə "S-400” Rusiya zenit raket komplekslərini əldə edərsə, onda ona qarşı sanksiyalar daxil ediləcək.

Publika.az xəbər verir ki, bu haqda Amerika senatorlar qrupunun "The New York Times” üçün qələmə aldığı məqaləsində deyilir.

"İlin sonuna Türkiyə ya "F-35” qırıcıları, ya da "S-400” hava hücumuna qarşı müdafiə üzrə Rusiya sistemlərinə malik olacaq”, - qeyd edilib.

Bildirilir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın seçim dünyada onun ölkəsinin yeri, həmçinin ABŞ-la münasibətləri və NATO-dakı mövqeləri üçün ciddi nəticələrə səbəb olacaq.

"Əgər prezident Ərdoğan bu seçimi etməzsə və "S-400”-ləri alarsa, onda Türkiyəyə qarşı ABŞ qanunvericiliyinə uyğun olaraq sanksiyalar tətbiq ediləcək”, - məqalədə bildirilir.

Qeyd edək ki, ötən gün Rusiya prezidenti Vladimir Putinlə görüşən Ərdoğan "S-400” məsələsinin artıq bitdiyini bəyan edib.

Aprelin 3-də isə ABŞ-ın vitse-prezident Maykl Pens Türkiyəni NATO və "S-400” arasında seçim etməyə çağırıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az