Vətəninfo.az xəbər verir ki, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan İŞİD terror təşkilatının adını dəyişib. Məlumata görə, Rəcəb Tayyib Ərdoğan Fransaya etdiyi son səfəri zamanı İŞİD-lə bağlı danışan zaman terror təşkilatının adını “DEAŞ” kimi ifadə edib. Ərdoğan İŞİD-də verdiyi yeni adın, yəni DEAŞ-ın açıqlaması "Dövlətül İslamiyyə fil İrak və ş Şam"-dır.
Türkiyə prezidentinin İŞİD-in adının DEAŞ kimi çağrılması ilə bağlı istəyinə ilk olaraq Türkiyə Silahlı Qüvvələri və Xarici İşlər Nazirliyi əməl edib. Məlumata görə, Türkiyənin Kilis rayonunun Elbəyi qəsəbəsində 4 dekabrda baş verən bir hadisə ilə bağlı TSQ-ri tərəfindən edilən açıqlamada "Türkiyədən Suriyaya keçərək DEAŞ-a qoşulan 4 nəfər, Suriyadan Türkiyəyə qeyri-qanuni keçmək istəyən zaman sərhəd xidməti əməkdaşları tərəfindən tutulublar və həbs edilənlərlə bağlı TSQ-ri tərəfindən istintaq işi başladılıb”, - deyilir.
Beləliklə, Türkiyədəki həmkarlarımız İŞİD-lə bağlı rəsmi şəxslərdən əldə etdikləri xəbərləri yayımlayan zaman İŞİD yerinə DEAŞ sözünü qeyd edəcəklər.
Vətəninfo.az
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib