“Ərdoğan prezident seçkilərindən əvvəl Əsədlə görüşə bilər”- Türkiyə mətbuatı

“Ərdoğan prezident seçkilərindən əvvəl Əsədlə görüşə bilər”- Türkiyə mətbuatı

"Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə keçiriləcək prezident seçkilərindən əvvəl Suriya lideri Bəşər Əsədlə görüşə bilər”.

Azpost.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

"Normallaşma prosesinin üçüncü mərhələsində prezident Rəcəb Tayyib Ərdoğan və Suriya prezidenti Bəşər Əsədin görüşü gözlənilir. Ərdoğanın Suriya lideri ilə may ayında keçirilməsi gözlənilən prezident seçkilərindən əvvəl görüşə biləcəyi ehtimal edilir”, – məlumatda deyilir.

Qeyd edək ki, Rusiya prezidentinin Suriya üzrə nümayəndəsi Aleksandr Lavrentyev Moskvanın Suriya və Türkiyə prezidentləri arasında görüş keçirməyə çalışdığını bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az