Ərdoğan: "Türkiyə super gücə çevrilir"

Ərdoğan:

Türkiyə logistik super gücə çevrilmək yolunda inamla addımlayır.

Miq.Az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra müraciətində deyib.

Çıxışında Türkiyə dövlət başçısı geniş spektrli məsələlərə, o cümlədən COVID-19 pandemiyası nəticəsində qlobal bazarda tədarük zəncirinin pozulmasına və dünyanın müxtəlif regionlarında baş verən silahlı münaqişələrə toxunub.

"Türkiyə mövcud münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır. Ankara beynəlxalq arenada özünü konstruktiv qüvvə kimi göstərir", - R.T. Ərdoğan əlavə edib.

Prezident həmçinin hökumətin ölkədə iqtisadi sabitliyin təmin edilməsi, o cümlədən süni qiymət artımı ilə mübarizə istiqamətində həyata keçirdiyi tədbirlərə də toxunub.

"2053-cü ilə Türkiyədə dəmir yolu, avtomobil, dəniz və hava kommunikasiyaları infrastrukturunun inkişafına 198 milyard dollar sərmayə qoyulması planlaşdırılır", - dövlət başçısı vurğulayıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az