Ərdoğana qarşı sui-qəsdin TƏFƏRRÜATI

Ərdoğana qarşı sui-qəsdin TƏFƏRRÜATI
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Marmarisdə qaldığı oteli tərk edəndən sonra binaya hücum olub.


"Report” Doğan xəbər agentliyinə istinadən xəbər verir ki, hadisə Türkiyə prezidentinin binanı tərk etdiyindən təxminən 45 dəqiqə sonra baş verib.

Belə ki, 4 hərbi helikopter otelin üstünə enib, təxminən 40-a yaxın əsgər helikopterlərdən enib. Helikopterlər uzaqlaşdıqdan sonra həmin hərbçi şəxslər otelin divarlarını güllələyib. Prezidentin qaldığı əraziyə əl qumbaraları atılıb.

Əraziyə cəlb olunan polis qüvvələri ilə qiyamçılar arasında qarşıdurma yaranıb. Nəticədə 1 polis nəfəri yaralanaraq hospitala götürülüb, onun vəziyyətinin ağır olduğu bildirilir. 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az