Ərdoğandan KRİTİK KRIM AÇIQLAMASI: "Bizim prinsipial mövqeyimizdir və..."

Ərdoğandan KRİTİK KRIM AÇIQLAMASI:

"Krım Ukraynaya qaytarılmalıdır".

Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onlayn rejimdə keçirilən ikinci Krım Platforması sammitində deyib.

"Biz Krımın ələ keçirilməsini qanunsuz, konstitusiyaya zidd hesab edirik. Bu, mənəvi və hüquqi baxımdan bizim prinsipial mövqeyimizdir. Beynəlxalq hüquq Krımın Ukraynaya qaytarılmasını tələb edir. Bu, bütün region və qlobal təhlükəsizlik sistemi üçün vacibdir", - o vurğulayıb.

Onun sözlərinə görə, Krım tatarları Ukrayna vətəndaşlarıdır və Krım onların maraqlarına uyğun inkişaf etməlidir. O, əlavə edib ki, "Krım platforması” son dərəcə mühüm əhəmiyyət kəsb edir:

"Tarixlərində böyük əzab-əziyyətlərə sinə gərmiş Krım tatarları öz vətənlərində dinc həyat uğrunda mübarizə aparır.

Bu prosesdə Türkiyə Ukrayna hökumətinə və Krım tatarlarına dəstəyini davam etdirir".

Türkiyə prezidenti vurğulayıb ki, müharibə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə əsaslanan ədalətli sülhlə başa çatmalıdır”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az