Erməni əsgər öldürülüb

Erməni əsgər öldürülüb
Ermənistan Silahlı Qüvvələrinin əsgəri Vaaqn Viravyan növbədə olarkən öldürülüb.

Ermənistan KİV xəbər verir ki, bu haqda ölkə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisə oktyabrın 15-də səhər saatlarında baş verib.

Məlumata görə, hadisənin baş verdiyi yerdə araşdırma aparılıb, əsgərin öldürlüdüyü silah aşkar edilib, onun kimə mənsub olduğu müəyyənləşdirilib.

Vaaqn Viravyanın əsgər yoldaşı tərəfindən öldürüldüyü ehtimal edilir. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az