"İkincisi: Rusiyada futbol üzrə dünya çempionatı keçirilirdi, Azərbaycan Rusiyanın quyruğunun altına arzuolunmaz sürpriz qoymaq istəməyib, çünki bunun siyasi nəticələri ola bilərdi”, - deyə Ter-Qriqoryans "news.am”a müsahibəsində bildirib.
O, Azərbaycan ordusunun indi hücum etməməsinin səbəbini isə Ermənistanda keçiriləcək növbədən kənar parlament seçkiləri ilə izah edib. Onun sözlərinə görə, Ankara və Bakı gözləmə mövqeyi tutur ki, seçkilərdə Qarabağ məsələsində Azərbaycana güzəştə gedəcək adamlar qələbə çalsın.
Yəni generalın sözündən belə çıxır ki, həmin adamlar ən azından heç bir şərt qoymadan Dağlıq Qarabağ ətrafındakı 5 rayonu Madrid prinsipləri çərçivəsində geri qaytara bilərlər. Ermənistana indiyə kimi rəhbərlik etmiş insanlar bunun əvəzində Dağlıq Qarabağa status tanınmasını tələb edirlər ki, Azərbaycan bununla razılaşmır. Buna görə də ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar nəticəsiz qalır. Norat Ter-Qriqoryans Paşinyanın və komandasının Ermənistanı blokadadan çıxarmaq və Qərblə alyansına maneələri yıxmaq üçün bu addımı atacağına işarə edir.
Norat Ter-Qriqoryans Azərbaycan rəhbərliyinin tez-tez müharibənin başlayacağı barədə bəyanatlar verməsinə də açıqlıq gətirib. Onun sözlərinə görə, bu cür bəyanatların tez-tez səsləndirilməsi Ermənistan ordusunun sayıqlıq səviyyəsini aşağı salmaq, onda arxayınçılıq yaratmaq məqsədi daşıyır.
Qeyd edək ki, Norat Ter-Qriqoryans daha öncə Azərbaycan ordusunun texniki təchizatından danışmışdı. Onun fikrincə, Azərbaycan ordusunu Qarabağ geri almaq üçün lazım olandan 5-10 dəfə çox silahla təchiz olunub. Erməni general onda iddia etmişdi ki, Azərbaycan Qarabağı bəhanə edərək İranla müharibəyə hazırlaşır. /istipress.com//