Erməni jurnalistdən ŞOK AÇIQLAMA: Erməni əsgərlər onlarla postu qoyub qaçıb

Erməni jurnalistdən ŞOK AÇIQLAMA: Erməni əsgərlər onlarla postu qoyub qaçıb
Erməni jurnalist Tatul Akobyan şok açıqlama ilə yadda qalıb. O, ermənilərdən aprel döyüşlərində itkilərini real şəkildə etiraf edən şəxslərdən biri kimi yadda qalıb. 
 
Jurnalist ermənilərin aprel döyüşlərində Lələ təpə istiqamətində 7 postu itirdiyini bildirib. Onun sözlərinə görə Talış-Mataqis-Tap-Qaraqoyunlu istiqamətində isə erməni əsgərləri 10-larla postu qoyub qaçıblar. Qeyd edək ki, bir neçə gün əvvəl Şuşa batalyonunun komandiri Jirayr Səfilyan da Ermənistan rəhbərliyini xalqı aldatmaqda ittiham edərək aprel döyüşlərində torpaq itkilərinin həddən artıq çox olduğunu bildirmişdi. O, təkcə Talış kəndi istiqamətində ordumuzun 7 milyon kv metr ərazinin işğaldan azad etdiyini demişdi.
 
"Ermənistan rəhbərliyi xalqı aldadır. Azərbaycan böyük ərazini işğaldan azad edib. Ölkədə təcili səfərbərlik elan edilməlidir. Biz itirdiyimiz əraziləri təcili geri qaytarmalıyıq", deyə Jirayr Səfilyan bildirib./Baku.ws/

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az