Erməni nazir Azərbaycan qızıllarını oğurlayır

Erməni nazir Azərbaycan qızıllarını oğurlayır

Serj Sərkisyanın kadrlarından biri olan Vardan Aramyan maliyyə naziri vəzifəsindən çıxarıldıqdan dərhal sonra özünə yeni iş yeri tapıb.

Axar.az xəbər verir ki, Aramyan "Valleks” şirkətinin baş direktorunun müavini vəzifəsinə gətirilib. Artıq baş direktor Valeri Meclumyan onu şirkətin kollektivinə təqdim edib.

Qeyd edək ki, "Valleks” şirkəti Ermənistan və Qarabağ ərazisində metal hasilatı və ixracatını həyata keçirən əsas şirkətdir. Bu şirkət hazırda Azərbaycanın işğal olunmuş Ağdərə rayonunun Heyvalı kəndində "Drombon”, Çiçəkli kəndində isə "Kaşen” mədənini nəzarət altında saxlayır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az