Erməni sakin: Bakıdakı dostlarımla şəkillərimi saxlayıram

Erməni sakin: Bakıdakı dostlarımla şəkillərimi saxlayıram
Hesab edirəm ki, iki xalqın düşmən olmasına səbəb Mixail Qorbacov oldu.

Miq.az Report-a istinadən xəbər verir ki, bunu Qarabağın erməniəsilli sakini Slava Usebyan deyib.

Onun sözlərinə görə, azərbaycanlılarla həmişə münasibətləri yaxşı olub, duz-çörək kəsib:

"Mən Xankəndidə, eyni zamanda Bakıda da yaşamışam. Orta məktəbi də elə paytaxtınız Bakıda bitirmişəm. Bakıda "Montin” qəsəbəsində qalırdım. Azərbaycanlılarla duz çörək kəsmişəm, çox yaxşı insani münasibətlərimiz olub. Allah etsin yenidən mehribançılıq olsun. İki evimi, eşiyimi qoyub çıxdım Xankəndidən. Yanğından mühafizə idarəsində rəis müavini vəzifəsində çalışmışam. Bakıdakı dostlarımla olan şəkillərimi hər zaman saxlayırdım. Erməni tərəfi düşünür ki, məni burda saxlayıblar. Amma çox rahat şəkildə heç bir təzyiq olunmadan keçid edirəm".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az