Ermənilər konyakla Qarabağı necə "almaq" istədilər?
AŞPA rəsmisi parlamentdə erməni deputatları biabır etdi
Avropa Şurası Parlamet Assambleyasının (AŞPA) KİV və mədəniyyət, elm, təhsil məsələləri üzrə Komitənin sədri Vladimir Aryev Facebook səhifəsində AŞPA-da Ermənistan nümayəndələrinin "AB-də kütləvi informasiya vasitələri əməkdaşlarının təqibi və KİV azadlığı” məruzəsinin 9-cü maddəsi ilə bağlı rüşvət təklif etdiklərini yazıb.
İstiPress-in məlumatına görə, məruzə Ermənistan nümayəndə heyətinin qarşı çıxmasına baxmayaraq bu yaxınlarda böyük səs üstünlüyü ilə qəbul olunub.
Məruzənin 9-cu maddəsində qeyd olunur ki, Azərbaycanın işğal olunmuş torpaqları separatçıların nəzarəti altındadır və burada KİV-in vəziyyəti ilə bağlı monitorinq keçirmək mümkün deyil.
Ermənistan nümayədə heyəti tələb edib ki, separatçıların nəzarəti altında olan Dağlıq Qarabağın Azərbaycan ərazisi olması ilə bağlı cümlə ləğv edilsin. Ermənilər Vladimir Aryevi Azərbaycanla əlaqələrinin olmasında ittiham edirlər.
Lakin AŞPA bu əsassız ittihamları rədd edərək 9-cu bəndi qəbul edib.
Daha sonra məlum olum olub ki, ermənilər məlum bəndin qəbul olunmaması üçün rüşvət təklif ediblər. Vladimir Aryevin sözlərinə görə, AŞPA-nın toplantısına bir gün qalmış ermənilər ona rüşvət təklif edib, sonra da nüfuzdan salmaq istəyiblər.
"Dünən Ermənistandan olan deputatlar şəhərboyu əllərində konyak şüşəsi ilə arxamca qaçırdılar ki, Dağlıq Qarabağın Azərbaycanın ərazisi kimi tanınmasından imtina edim. Bax bu gün isə onlar əllərində hansısa kompromat məlumatlar tutaraq deyirlər ki, guya nənəm azərbaycanlıdır”, - deyə Ariyev Facebbok-da yazıb.
AŞPA rəsmisi ermənilərin konyak şüşəsi və kompromat təzyiqinə yumorla yanaşır.
"İndi mən dəqiq bilirəm ki, əgər gülmək istəyirsənsə, erməni nümayəndələri parlamentə çağırmaq lazımdır”, - Ariyev deyib.
Miq.az