Ermənilər meyitlərini hissə-hissə açıqlayır

Ermənilər meyitlərini hissə-hissə açıqlayır
 "Aprelin 5-də hərbi əməliyyatların dayandırılması barədə razılaşmadan sonra Ermənistan tərəfi itkiləri haqqında biri-birini təkzib edən, fərqli rəqəmlər açıqlamağa başlayıb". Bu barədə   Azərbaycan Müdafiə Nazirliyinin (MN) mətbuat xidməti məlumat yayıb.
Nazirlik rəsmi olaraq bildirib ki, razılıq əldə ediləndən sonra düşmən tərəfi həlak olan hərbçiləri barədə mütəmadi olaraq məlumatlar verməklə Azərbaycan tərəfini atəşkəsi pozmaqda günahlandırmağa cəhd göstərir: "Qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya Azərbaycan tərəfi tam riayət edir.
Qarşı tərəfin itkilər barədə davamlı məlumatlar verməsinin iki səbəbi ola bilər. Onlar ya gizlədə bilmədikləri əsgər meyitlərini bir-bir ortalığa çıxarmağa məcbur qalıblar, ya da cəbhədə bir neçə gün davam edən döyüş toqquşmaları, gərginlik nəticəsində düşmən ordusunda yaranmış hərc-mərclik, intizamsızlıq və psixoloji stresslər ucbatından baş verən ölüm hallarıdır".
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az