Ermənilər mülki əhalini atəşə tutdu-Cəbhədə düşmən təxribatı

Ermənilər mülki əhalini atəşə tutdu-Cəbhədə düşmən təxribatı

Ermənistan silahlı qüvvələrinin birləşmələri Ağdam rayon Mexaniki Suvarma İdarəsinin əməkdaşlarını atəşə tutub.

Report-un məlumatına görə, hadisə ötən gecə baş verib.

Ağdam rayonunun cəbhə xəttində yerləşən Çəmənli kəndində idarənin əməkdaşları təmir bərpa işləri aparan zaman ermənilər tərəfindən atəşə məruz qalıblar. Bir neçə dəqiqə atəş altında saxlanılan idarə əməkdaşları arasında xəsarət alan olmasa da texnikaya ziyan dəyib.

İdarənin rəisi Hafiz Əzimzadə bildirib ki, ərazidə çalışan aqreqata çoxlu sayda müxtəlif çaplı silahlardan atılan mərmi dəyib:

"Çoxsaylı mərmidən aqreqat yararsız vəziyyətə düşüb. Çətinliklə də olsa texnika əməkdaşlarımız tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən çıxarılıb. Əməkdaşlarımızın çalışdığı ərazi ermənilər tərəfindən mütamadi atəşə məruz qaldığından təmir-bərpa işləri gecə saatlarında həyata keçirilir".

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az