Ermənilər rus hərbçini bıçaqladılar
Ermənistanda rus əsgəri bıçaqlanıb. Hadisə Gümrü şəhərində qeydə alınıb.
24 yaşlı adı açıqlanmayan hərbçiyə şəhərin Şirakatsi küçəsi ilə Maramaraşen şosesinin kəsişməsində xəsarət yetirilib. Onun naməlum şəxslərlə mübahisə etdiyi və bıçaqlandığı qeyd olunur.
Yaralı hərbçinin xəstəxanaya çatdırıldığı bildirilir. Gümrü xəstəxanasının mətbuat xidmətinin katibi Narek Kirakosyan bildirib ki, xəstə əməliyyat olunub və palataya köçürülüb
Erməni mətbuatı onun xidmət etdiyi hərbi hissədə bıçaqlandığını yazır.
Xatırladaq ki, 2015-ci ilin 12 yanvar tarixində Rusiyanın Ermənistanın Gümrü şəhərindəki hərbi bazasının müddətli hərbçisi Valeri Permyakov bir erməni ailəsinin 7 üzvünü qətlə yetirib. Bundan sonra o, Türkiyə sərhədini keçmək istəyib.
Gümrü şəhər məhkəməsi Valeri Permyakovun ömürlük azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.
Miq.az