Ermənilərdən itkiləri barədə yeni açıqlama

Ermənilərdən itkiləri barədə yeni açıqlama

Azərbaycan Ordusunun ötən gün keçirdiyi "Qisas” antiterror əməliyyatı nəticəsində ermənilərin yaralılarının sayı 19-a çatıb.

Yeniavaz.com erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə separatçı rejimin "səhiyyə naziri” Mikael Ayryan məlumat yayıb.

"4 yaralının vəziyyəti ağırdır, onlardan birinin vəziyyəti son dərəcə ağırdır, əməliyyat bu yaxınlarda başa çatıb. Digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir”, – deyə o bildirib.

yaralanan sayı 19-a çatıb.

Qeyd edək ki, daha əvvəl erməni mənbələr qanunsuz erməni silahlı dəstələrinin 4 üzvünün öldüyünü, 15-nin isə yaralandığını açıqlamışdılar.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az