Ermənilərdən SAXTA MƏHKƏMƏ - Əsirlikdə olan hərbçimizə 11 il 6 ay İŞ VERİLDİ

Ermənilərdən SAXTA MƏHKƏMƏ - Əsirlikdə olan hərbçimizə 11 il 6 ay İŞ VERİLDİ
Ermənistanda əsir saxlanılan hərbçimizə hökm oxundu
Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisi Aqşin Bəbirova 11,5 il müddətinə həbs cəzası verilib.

Miq.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Sputnik Armenia” məlumat yayıb.

Aqşin Bəbirov "Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunurdu.

Əsirlikdə olan digər hərbçimiz Hüseyn Axundovla bağlı istintaq tədbirləri davam edir.

Qeyd edək ki, bu ilin aprelində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az