
TƏRKİBİ
Taborun liderlərindən olan Masis Otanyaf Suriyada Qamışlı, Haseki, Sərəkaniyə, Dırbəsiyə və Amudə kimi şəhərlərə dağılan erməniləri bir araya gətirən şəxsdir. Hər gün hərbi və psixoloji təlimlər keçən terrorçuların qaldığı qərargahın divarlarında qəribə yazılara və fotolara rast gəlinir. Bunlardan biri 1982-ci ildə 9 nəfərin həlak olduğu, 72 nəfərin yaralandığı Əsənboğa hücumunu gerçəkləşdirən ASALA terror təşkilatının üzvü Levon Ekmeçiyanın fotosudur. Terrorçular Türkiyədə qaranlıq bir sui-qəsdə qurban gedən jurnalist Hrant Dinkin fotolarını da təxribatları üçün istifadə edir.

Erməni terrorçular hədəflərinin Türkiyə olduğunu gizlətmir. Onlar qondarma erməni soyqırımının intiqamını alacaqlarını bildirirlər.
DAHA ƏVVƏL QARABAĞDA
PKK terror təşkilatı ilə ermənilərin radikal qrupları arasında münasibətlər bununla məhdudlaşmır. Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gələn PKK-çılar işğalçı qruplara dəstək vermişdi. Kandil və Qamışlıdan gələn briliklər Ağrı bölgəsindən Ermənistana keçmişdi. Göyçə (Sevan) gölü bölgəsindən PKK üçün ayrılan Vardenes düşərgəsində qonaq olan 400 nəfərlik qrup Qarabağda müharibənin alovlanması ilə birlikdə qaynar nöqtələrə göndərilmişdi.

MƏHV EDİLƏCƏKLƏR
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Fərat çayının şərqində PKK/PYD terror təşkilatlarının fəaliyyətinə son qoymaq üzrə Suriyada hərbi hərəkata başlaması təqdirində sözügedən erməni taborunun aqibətinin eynilə Afrində Türkiyəni təhdid etdikdən sonra məhv edilən "Beynəlxalq Tabor” kimi olması gözlənilir.