"Erməni mövqeləri darmadağın edilib"-Düşmən nə baş verdiyini...
"Azərbaycan xüsusi təyinatlıları Sarkisyanı qorxuya salıb”-Rusiyalı hərbi ekspert:
"Ermənistan hesab edirdi ki, müharibə əvvəlki kimi top və tanklardan atəş açmaqla baş verəcək. Lakin Azərbaycan spesifik taktikaya əl atdı”.
Bu barədə Rusiyanın hərbi eksperti Aleksey Ramm "Voenni promoşlenney kuryer” saytında dərc olunan məqaləsində yazıb. A.Ramm Azərbaycan xüsusi təyinatlılarının gücünə də xüsusi diqqət ayırıb.
"Azərbaycanın xüsusi təyinatlıları müasir rabitə vasitələri, müdafiə vasitələri, eləcə də gecəgörmə avadanlıqlarına sahibdir. Kəşfiyyatçıların əsas vəzifəsi düşmənin arxa cəbhəsinə keçmək və artilleriyanın məhv edilməsi, həmçinin, möhkəmlənmiş istehkamlara gecə hücumudur. Xüsusi təyinatlılara təkcə obyektiv ələ keçirmək yox, artilleriya və döyüş helikopterləri ilə əldə saxlamaq tapşırığı da verilib”, - deyə o bildirib.
Ekspert aprel döyüşündə Azərbaycan kəşfiyyatının döyüş tapşırığını uğurla yerinə yetirdiyini deyib: "Kəşfiyyat qəfil hücumla Talış kəndində bir neçə strateji yüksəklikləri ermənilərdən təmizlədi. Hətta kənddə gecə döyüşü getdiyi deyilir. Lakin kəşfiyyatçılar ustalıqla və qəfil hücumla ermənilərin mövqelərini darmadağın edib və rəqib nə baş verdiyini çox gec anlayıb”.
300-dən çox düşmən əsgəri öldürülüb
"İki gündür davam edən döyüşlərdə bizim tərəfimizdən həm canlı, həm də hərbi texnika itkisi həddən artıq böyükdür" deyə hələ düşmən mətbuatının özündə olunan etiraf da Azərbaycan ordusunun necə əzəmətli olduğundan xəbər verirdi.
Ermənistanın "planetaarmenia.ru” saytında yazılan "Qarabağda real vəziyyət” başlıqlı xəbərdə Ermənistan ordusunun 300-dən çox əsgərinin öldürüldüyü qeyd olunurdu:
"Hadrut (Füzuli) hospitalındakı etibarlı mənbə deyir ki, yüzlərlə yaralı gətirilib. İndiyə qədər 300-dən çox hərbi qulluqçu öldürülüb. Öldürülən arasında əsgərlərlə yanaşı, kiçik və böyük rütbəli zabitlər də var”.
Sayt yazırıdı ki, avtomobil, ağır zirehli texnika, həmçinin, artilleriya qurğuları da məhv edilib: "Qeyri-rəsmi məlumatlara görə, indiyə qədər 50-dən artıq hərbi texnika sıradan çıxıb”.
Xəbərdə əhalinin təşviş içində olduğu, evlərini kütləvi şəkildə tərk etdiyi diqqətə çatdırılırdi.
"Əhali digər təhlükəsiz yerlərə axın edir. Qarabağ hökuməti (qondarma "DQR”) əhalinin evlərini tərk etməsinə maneələr yaradır. Gedənlər postlarda saxlanılır. Əsgərlər fərarilik edirlər. Hakimiyyətin və Qarabağ müharibəsi veteranlarının çağırışına baxmayaraq, gənclər orduya getmək istəmirlər. Onlar müxtəlif bəhanələrlə döyüşməkdən imtina edirlər. Yeganə ümid Qarabağ müharibəsi veteranlarınadır”, - deyə "planetaarmenia.ru” saytı yazırdı.
Aprelin 1-i gecədən aprelin 5-nə qədər Qarabağda hərbi əməliyyatlar aparan Azərbaycan Ordusunun böyük zəfərlərindən daha biri barədə məlumat yayılıb. Miq.az xəbər ki, bu dəfə məlumatı təsdiqləyən elə erməni tərəfinin özü olub.
Belə ki, sosial şəbəkələrdə ermənilər son döyüşlərdə verdikləri itkilərlə bağlı müzakirə aparıblar. Bəzi erməni istifadəçilər Sarkisyan hakimiyyətinin açıqladığı rəqəmlərin reallığı əks etdirmədiyini bildiriblər. Onların əksəriyyəti müharibədə minimum 400-dən çox əsgər itirdiklərini qeyd edərək, bu rəqəmin arta biləcəyini də vurğulayıblar.
Qarabağ müharibəsində iştirak edən qohumuna istifadən məlumat verən erməni istifadəçilərindən biri isə 400 əsgərin ölməsinin də inandırıcı olmadığını yazıb. O, rəqəmin 600-ü keçdiyini iddia edib. Və bunu maraqlı şəkildə əsaslandırıb...
O bildirib ki, Dağlıq Qarabağda qərarlaşmış Ermənistan Ordusunda qulluq edən yaxın qohumu yaralı vəziyyətdə İrəvandakı qospitala yerləşdirilib. Həmin qohumu ona deyib ki, Ağdarə istiqamətindəki hərbi hissələrdən birinin artilleriya divizionunda qulluq edirmiş. Aprelin 2-si səhər Azərbaycan Ordusunun hücumunu önləmək üçün bir-birinə bitişik iki artilleriya divizionu toplarla atəş açıblar. Lakin onların atəşləri 15 dəqiqədən artıq çəkməyib. Qısa müddətdə başlarının üzərində Azərbaycan Ordusunun 5 hərbi vertalyotunu görüblər. Cəmi 10 dəqiqə içində hər iki divizionun bütün artilleriya qurğuları, hərbi texnikası və arsenalı məhv edilib. Vertalyotlardan endirilən raket zərbələrindən sonra divizionun 120-dən çox əsgərinin öldüyü və 30-a yaxın erməni əsgərinin isə yaralandığı məlum olub.
Miq.az