"Azərbaycan və Ermənistan prezidentlərinin yaxın zamanda görüşünün olacağına dair fikirlər öz təsdiqini tapdıqdan sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə hansısa müsbət addımların atılacağına dair konkret proqnoz verə bilərik. Amma bütün hallarda Ermənistanın davranışları, atdığı addımlar, son günlərdə cəbhə xəttində vəziyyəti gərginləşdirmə cəhdləri hesab edirəm ki, danışıqların müsbət məcraya yönlənməyəcəyindən xəbər verir”. Vətəninfo.az xəbər verir ki, bu fikirləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.
Politoloq qeyd edib ki, beynəlxalq təşkilatların, o cümlədən də ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin ortalıqda birmənalı mövqeyi yoxdur: "Yenidən ikili standartlar, riyakar münasibət davam edir və işğalçı ölkəyə qarşı hər hansı bir təzyiq göstərilmir. Ermənistandakı daxili vəziyyətin ciddi şəkildə dəyişməsi, sosial partlayış həddinə çatması mövcud hakimiyyətin sütunlarının laxlaması, erməni xalqının Sarkisyan rejiminə etimadsızlığı onu deməyə əsas verir ki, hazırkı iqtidarla danışıqlar masasına oturmağın hər hansı bir effekti olmayacaq. Ermənistan bu münaqişədə onsuzda işğalçı dövlət olaraq tək deyil, onu himayə edən qüvvə var. Müsbət irəliləyişin baş verməsi üçün həmin qüvvənin öz mövqeyində dəyişkilik etməsi lazımdır. İndiki şəraitdə isə heç bir dəyişiklik görmürəm”.
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ