Ermənistan böyük müharibə hazırlığına başladı

Ermənistan böyük müharibə hazırlığına başladı
Dünən Ermənistanın Müdafiə Nazirliyində ordu intizamının möhkəmləndirilməsi və döyüş növbəsinin təşkilində keyfiyyətin artırılmasına həsr olunmuş müşavirə keçirilib.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, müşavirə yeni təyin olunmuş Baş qərargah rəisi Movses Akopyanın rəhbərliyi ilə baş tutub.

Ermənistan mediası bu müşavirə ilə bağlı üç versiyanı gündəmə gətirib:

Birincisi, A.Movses yeni postuna gələn kimi vəziyyəti nəzarətə alır.
İkincisi, erməni hərbi birləşmələrinin Qarabağda hər gün verdiyi itkilər hərbi xidmətdə boşluqların olduğunu ortaya çıxarıb.
Üçüncüsü, Ermənistan müharibəyə hazırlaşır.

Sonuncu variantı "lragir” saytı da irəli sürüb və qeyd edir ki, Ermənistan ordusunda ciddi hazırlıqlar aparılır.

"Bu, cəbhədə verilən itkilərlə bağlıdır, amma həm də orduda yeni müharibə hazırlığından da söhbət gedir”, - deyə sayt bildirib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az