Ermənistan QORXU İÇİNDƏ - Tonoyan Zakir Həsənovu İrəvanda qarşılayacaq

Ermənistan QORXU İÇİNDƏ - Tonoyan Zakir Həsənovu İrəvanda qarşılayacaq

Vyana görüşündən sonra Ermənistanın müdafiə naziri David Tonoyanın "yeni müharibə yeni ərazilərdir” bəyanatı Dağlıq Qarabağ münaqişəsi ətrafında hərbi ritorikanı qızışdırdı. Xüsusilə Azərbaycan tərəfinin verdiyi bəyanatlar Ermənistanda narahatlıqlar yaratdı.

Publika.az xəbər verir ki, Vyana görüşündən sonra Prezident İlham Əliyev "müharibə hələ bilməyib” bəyanatı verdi. Ardınca müdafiə naziri Zakir Həsənov bildirdi ki, "əgər ermənilər hücuma keçəcəksə, Tonoyanla İrəvanda görüşəcəm”. Məhz bu fikirlər ermənilərin ciddi qorxularına səbəb olub.

Ermənistan mediası artıq bir neçə gündür "Həsənov Tonoyanla İrəvanda görüşəcək” fikirlərini şərh edir, "Tonoyan Həsənovu İrəvanda qarşılamağa hazırdırmı” sualı üzərində müzakirələr aparırlar. Müzakirələr xüsusilə erməni hərbi birləşmələrinin döyüş qabiliyyətinin zəifliyi fonunda qurulur.

Erməni şərhçi Aram Sarkisyan yazır ki, Ermənistan ordusundakı problemlər təcili şəkildə həll olunmalıdır.

"Bu gün orduda problemlər hələ də qalır. Mövcud vəziyyət ordunun müharibə aparması üçün adekvat deyil. Buna görə də Tonoyan indidən Həsənovu İrəvanda necə qarşılayacağı haqqında düşünməlidir”, - deyə o bildirib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az