Ermənistanda yenə ETİRAZ DALĞASI

Ermənistanda yenə ETİRAZ DALĞASI
İyul ayında Yerevanda polis alayının binasını zəbt etmiş və sonradan təslim olmuş silahlı dəstənin üzvlərinin doğmaları və tərəfdarları bu gün, sentyabrın 13-də parlament binasının qarşısına toplaşaraq deputatlardan "Sasna Tsrer"lə bağlı hansı addımların atılacağını dəqiqləşdirmək istəyiblər.

Miq.az virtualaz.org-a istinadən xəbər verir ki, etirazçılar binaya daxil olan bütün deputatlara yaxınlaşıblar, lakin heç kim onları dinləmək istəməyib. Deputatlar bunu işə tələsmələri ilə izah ediblər.

"Biz deputatların "Sasna Tsrer"in üzvləri və siyasi məhbuslarla bağlı hansı addımları atacaqlarını anlamaq istəyirik. Lakin Ovanes Markaryandan savayı heç bir deputat bizi dinləmək istəmədi", - mitinq iştirakçıları deyiblər.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az