Ermənistanı Azərbaycandan qoruyan qüvvə - "Bu təhlükəsizliyimiz üçün çox vacibdir"

Ermənistanı Azərbaycandan qoruyan qüvvə -
Erməni nazirdən etiraf - "Bu ölkəmizin təhlükəsizliyi üçün çox vacibdir"

Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası ölkənin təhlükəsizliyi üçün vacibdir. İstiPress-in məlumatına görə, Ermənistanın müdafiə naziri Viger Sarkisyan belə düşünür. 

"RİA Novosti"yə müsahibə verən nazirin sözlərinə görə, məhz Ermənistan ərazisindəki hərbi bazanın olması barədə müqavilənin müddətinin uzadılmasının təşəbbüskarı olub. 

O, hesab edir ki, bu baza onlara olan hər hansı hücum qarşısını almaqda böyük rol oynayır. "Biz hesab edirik ki, bu bazanın Ermənistanda olması ölkəmizin təhlükəsizlik sistemi üçün çox vacibdir".  


Ermənistanda Rusiya hərbi bazası
Ölkəsininin təhlükəsizliyi üçün Rusiyadan mədət uman nazir hələlik bazada hərbçi sayının artırılması məsələsinin müzakirə edilmədiyini deyib. "Bazanın heyətinin  və silahlanmanı artırılması məsələsi taktiki xarakter daşıyır. Əgər lazım olarsa bu məsələlər bir neçə saata həll edilir".


Gümrü bazası
Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi baza Rusiyanın Cənubi Qafqazdakı dörd hərbi bazasından ən böyüyüdür. Baza 1994-cü il tarixində keçmiş SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci motoatıcı diviziyasının bazasında yaradılıb. Hazırda şəxsi heyətin sayı 4 min nəfər civarındadır. Hərbi bazanın döyüş heyəti İrəvan və Gümrü qarnizonundan ibarətdir.

Bazanın nəzdində əlahiddə tank, kəşfiyyat, təmir, mühəndis-istehkam, radiasiya-kimyəvi və bakteroloji mühafizə taborları, tank əleyhinə divizion, radioelektron, tibb, komendant bölükləri, prokurorluq, televiziya mərkəzi və s. fəaliyyət göstərir. Ümumilikdə hərbi bazanın nəzdindəki alayların təyinatı və şəxsi heyəti aşağıdakı kimidir.

2010-cu ildə Rusiyanın eks-prezidenti Dmitri Medvedyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında bu bazanın Ermənistanda qalma müddətinin 49 il (2044-cü ilə qədər) uzadılması ilə bağlı müqavilə imzalanıb. Moskva və İrəvan arasındakı razılaşmaya əsasən, bu baza Ermənistanı başqa ölkələrin hücumlarından qoruyacaq. Ola biləcək hər hansı hücum Rusiyaya təhdid kimi qiymətləndiriləcək.

102-ci baza Gümrü ərazisində hər hansı pul kompensasiyası olmadan yerləşdirilib. //istipress.com
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az